[ 03 Aprel 2015 05:17 ]



Bakı-APA. Nigeriyanın şimal-şərqində törədilmiş güclü partlayış nəticəsində azı 5 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Qombe şəhərinin mərkəzi avtovağzalında baş verib.

 

Partlayışın qadın-kamikadze  tərəfindən törədildiyi bildirilir. Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib. Partlayışı “Boko Haram” terror təşkilatının üzvlərinin törətdiyi ehtimal olunur.