“Report”un Yasamal rayon Polis İdarəsinə istinadən verdiyi xəbərə görə, qəzaya Talıblı küçəsi ilə hərəkət edən “Zil” markalı yük avtomobilinin əylənc sistemində yaranan nasazlıq səbəb olub.
Sürücü işıqforun qırmızı işığında yük avtomobilini saxlaya bilmədiyindən, əvvəlcə yol kənarında dayanan piyadanı vurub, daha sonra isə 18 avtomobili əzib. Piyada ağır vəziyyətdə xəstəxanaya aparılıb. Avtomobillərdə olanlar isə yüngül xəsarətlər alıblar. Hadisədən sonra yük maşınının sürücüsü ifadəsinin alınması üçün Yasamal rayon Polis İdarəsinə aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.




