Fələstinli döyüşçülər İŞİD-ə hücum etdi
ANS PRESS-in məlumatına görə, çərşənbə günü Dəməşq yaxınlığındakı “Yarmuk” qaçqın düşərgəsi az qala tamamilə ekstrimistlərin nəzarətinə keçsə də, dünən fələstinli döyüşçülər və suriyalı müxalifyönlü qüvvələr düşərgənin böyük hissəsini İŞİD-dən geri ala bilib.
Yarmukun ələ keçməsi ekstrimistlər üçün böyük strateji önəm kəsb edir. Belə ki, qəsəbə ilə Suriya paytaxtını təqribən 8 kilometr məsafə ayırır. Suriya müharibəsi başlamazdan əvvəl Yarmuk qaçqın şəhərciyində 160 mindən çox insan yaşayıb. 2013-cü ildə Bəşər Əsədə sadiq hökümət qüvvələri ilə üsyançılar arasında gedən döyüşlərlə əlaqədar Yarmuk mühasirə düşüb.
Nəticədə ətrafdan təcrid olan sakinlər ərzaqsız və dərmansız qalıb. Cəbhət ən Nüsrə qruplaşmasının maşın karvanlarını tez-tez atəşə tutduğundan qaçqınlara humanitar yardımın paylanması dəfələrlə dayandırılıb. Bu arada ƏlQaidə ilə əlaqəli adı çəkilən qruplaşmanın döyüşçüləri İordaniya ilə Suriya arasında yeganə işlək sərhəd buraxılış məntəqəsini və yaxınlıqdakı 3 hərbi postu ələ keçirdiklərini elan edib. Vəziyyətlə əlaqədar Suriya ordusu qırıcıları havaya qaldırılb, döyüşçülərin sərhəddəki mövqelərinə zərbələr endirilib. Suriyanın Xarici İşlər nazirliyi bəyanat yayaraq, üsyançıların ələ keçirdiyi sərhəd-buraxılış məntəqəsindən keçidin istənilən halda qanunsuz hesab olunacağını xəbərdar edib.
Nəsib sərhəd məntəqəsi İordaniya ilə Suriya arasında açıq olan yeganə məntəqədir. Həmin məntəqə Suriya hökümətinin nəzarətində olan əsas ticarət dövriyyəsi nöqtələrindən idi. Sərhədin o biri tərəfindən toqquşmaların getməsilə əlaqədar İordaniya höküməti öz tərəfindən Nəsib sərhəd məntəqəsini bağlayıb. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25