ABŞ Konqresinə 1915-ci ilin hadisələri ilə konstruktiv qanun layihəsi təqdim ediləcək.

ANS PRESS-in məlumatına görə, layihəni Respublikaçılar Partiyasının Floridadan seçilən konqresmen Kurt Klavson Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması mövzusunda ABŞ prezidenti Barak Obamaya da müraciəti nəzərdə tutan qanun layihəsi hazırlayıb

"Gələcək 100 il üçün davamlı Erməni-Türk Əlaqələrini Dəstəkləmə" başlıqlı qanunda Türkiyə və Ermənistanın ABŞ maraqları üçün əhəmiyyətli ölkələr olduğu ifadə edilib.

Layihədə ABŞ prezidentinə iki ölkənin ortaq mənfəətləri və ABŞ-ın bölgədəki maraqları baxımından türk-erməni münasibətlərini normallaşmasına çalışması çağırışı nəzərdə tutulub.
Mənbə
ANS PRESS