Hollandiyalı yarımmüdafiəçi Rafael van der Vaart karyerasını "Bursaspor”da davam etdirə bilər. Milli.Az apasport.az-a istinadən bildirir ki, 32 yaşlı Vaart klub rəhbərliyinin transfer etmək istədiyi futbolçular sırasındadı.
 
Hətta xəbərdə bildirilir ki, artıq “Hamburq”lu oyunçunun meneceri ilə ilkin razılıq da əldə olunub.
 
Qeyd edək ki, holland bundan öncə “Beşiktaş” və “Trabzonspor”un da maraq dairəsinə düşüb.
 
Milli.Az