Milli.Az islam.az-a istinadən bildirir ki, əti halal olan (yeyilən) quşların ifrazatı murdar deyil.

Bunlara toyuq, xoruz, qaz, ördək, hindtoyuğu kimi ev quşları və əti yeyilən ov quşları aiddir. Əti yeyilməyən vəhşi quşların (məsələn, qartal, kərkəs və s.) ifrazatının hökmü barədə fikirlər fərqlidir.

Əksər müctəhidlər əti haram olan quşların ifrazatını murdar bilmirlər, amma hər halda, ondan çəkinməyi məsləhət görürlər (yəni çalışmaq lazımdır ki, insanın bədəni ya libası ona bulaşmasın). Bəzi müctəhidlər isə bunu mütləq mənada nəcis (murdar) sayırlar.

Milli.Az