25 mindən artıq əcnəbi döyüşçü İslam Dövləti və əl-Qaidə kimi silahlı qruplara qatılmaq məqsədilə münaqişəli bölgələrə yollanıb, BMT hesabatında deyilir.
Milli.Az BBC-yə istinadən bildirir ki, rəqəmlərə görə 2014-cü ilin ortalarından başlayaraq 2015-ci ilin mart ayınadək əcnəbi döyüşçülərin sayında 71 faiz artım müşahidə olunub.
 
Hesabata əsasən bu qlobal təhlükəsizliyə bilavasitə və uzunmüddətli təhlükə təşkil edir.
 
BMT ən azı 100 dövləti təmsil edən döyüşçülərin Suriya, İraq, Liviya və Pakistan kimi ölkələrə üz tutduğunu bildirir.
Eləcə də çox sayda islamçı döyüşçülərin Tunis, Mərakeş, Fransa və Rusiyadan qeyd olunur.
 
Əl-Qaidə əleyhinə BMT sanksiyalarının monitorinqini aparan ekspertlər tərəfindən hazırlanmış hesabatda deyilir ki, İraq və Suriyada İslam Dövlətinin məğlubiyyəti təcrübəli döyüşçülərin dünya boyu yayılması ilə nəticələnə bilər.
 
Milli.Az