Keniyada silahlıların universitetə hücumu nəticəsində 70 nəfər ölüb, azı 80 nəfər xəsarət alıb.
 
APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, yüzlərlə tələbənin taleyi qeyri-müəyyən olaraq qalır.
 
Tələbələrin universitet yataqxanasında girov götürüldüyü bildirilir. İlkin məlumata əsasən, hücum “Əş-Şəbab”qruplaşması tərəfindən həyata keçirilib.
 
Milli.Az