Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfon 1.7 QHs takt tezlikli 64 bitlik səkkiznüvəli "Snapdragon 615" çipi, yeni 13 meqapiksellik əsas kamera, 5 meqapiksellik ön fotomodulla təchiz edilib.
Qurğunun ekranının diaqonalı əvvəlki kimi 5 düym təşkil edir və təsvir ölçüsü 1080x1920 nöqtədir. "One M8s" qurğusunda əməli yaddaşın həcmi 2 QB, daxili yaddaş isə 16 və ya 32 QB təşkil edir. Smartfona, həmçinin "microSD" formatlı yaddaş kartları üçün slot quraşdırılıb. Cihazın akkumulyatorunun tutumu 2600-dən 2840 milliamper/saat tutumadək yüksəlib.
"HTC One M8s" aparatı "Android 5.0 Lollipop" əməliyyat sistemi ilə işləyir.
Qurğunun təxmini dəyəri 565 ABŞ dolları təşkil edir.
Milli.Az