Bakı, 2 aprel, AZƏRTAC
“Akademi Group” Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Bakıda və Gəncədə Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək.
Təhsil Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, aprelin 4-5-də Bakıdakı “Hilton Baku” otelində Türkiyənin 30-dək universitetinin iştirakı ilə növbəti təhsil sərgisi təşkil olunacaq. Sərgidə tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək. Həmçinin bu universitetlərin pulsuz təhsil imkanları haqqında təqdimat və seminarların keçirilməsi də nəzərdə tutulub.
Aprelin 7-də isə sərgi işini Gəncə şəhərində davam etdirəcək. Gəncədəki “Vego” otelində keçiriləcək sərgidə digər xarici ölkə universitetləri də iştirak edəcək.
Sərgilərdə Təhsil Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşavirliyinin nümayəndələrinin iştirakı da nəzərdə tutulub.
Sərgiyə giriş ödənişsizdir.
Ətraflı məlumat və onlayn qeydiyyatdan keçmək üçün www.akademi.az saytına müraciət etmək lazımdır.