Biləsuvarda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib
Biləsuvar, 2 aprel, Mahir Babayev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin konfransında hesabat dövründə görülən işlərə yekun vurulub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Ulu Öndərin adını daşıyan Mərkəzdə dahi rəhbərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən foto və sənədlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Partiyanın ölkəmizin ictimai-siyasi həyatındakı tarixi rolundan danışan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev bildirib ki, hazırda rayon təşkilatının 4 min 862 üzvü var və onların 1443 nəfərini gənclər təşkil edir.
Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin sədri Kamil Qurbanlı ötən müddət ərzində görülən işləri diqqətə çatdırıb. Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışan sədr bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib. Son illərdə rayonda 14 yeni məktəb binasının inşa edilməsini, Biləsuvar Olimpiya Kompleksi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikintisi başa çatan iki uşaq bağça-kompleksi və digər infrastruktur layihələrini gənclərin hərtərəfli inkişafına yönələn dövlət siyasətinin bariz nəticəsi kimi səciyyələndirən K.Qurbanlı, gənclərin dövlət və bələdiyyə orqanlarında da layiqincə təmsil olunduğunu söyləyib.
Çıxış edən YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə və başqaları əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədri, həmçinin YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33