Vladimir Putinlə bağlı şok iddia
ANS PRESS-in məlumatına görə, Elizabet Brav adlı müəllif məqaləsində V.Putini Liviyanın sabiq lideri Müammar Qaddafi ilə müqayisə edir: "Müammar Qəddafi dünyada liderlərin və adi vətəndaşların ağlından çıxmamaq üçün ağıllı strategiya seçmişdi. O, düşmənlərini çaşdırmaq və qorxutmaq naminə özünü dəli kimi aparırdı. İndi də, deyəsən, Vladimir Putin oxşar strategiya seçib, gah çox məyus, sarsılmış, reallıqdan uzaq kimi görünür, gah da tamamilə yoxa çıxır."
V.Putini Sankt-Peterburqdan tanıyan keçmiş bir səfir deyir: "Gözlənilməz kimi qəbul olunmağın bir məntiqi var. Rusiya dövlət televiziyası Putinə kollektiv psixoz mühiti yaratmaqda kömək edir. Rusiyanın strategiyası Putinin gözlənilməz portretini yaratmaqla Qərbi qorxutmaqdır. Hakimiyyətdə dəli oturubsa, ölkənin nüvə silahları da tamamilə yeni miqyas ala bilər."
Stenford Universitetinin professoru Martin Hellmanın sözlərinə görə, nüvə silahları Putinin əlində bir kartdır. O, həmin kartdan yararlanaraq dünyaya başa salmaq istəyir ki, Rusiya regional deyil, superdövlətdir. Yəni rusiyalılar bizi bir saatdan da az vaxt içində külə döndərə bilərlər."
Müəllif yazır ki, bu taktika keçmişdə də işləyib. Qəddafinin nüvə proqramı ona beynəlxalq ictimaiyyətlə sövdələşmə imkanı yaradıb. Şimali Koreyanın Kim sülaləsi də eyni fənddən yararlanır. Faktiki olaraq, azacıq dəlilik nüvə strategiyası üçün əsas amildir.
Yazıda deyilir ki, bir neçə il əvvəl Pentaqonun bir beyin mərkəzi Rusiya prezidentini Asperger sindromundan əziyyət çəkməsi qənaətinə gəlib. Ancaq bu sahəni idarə edən Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) xarici liderlərin onlarla profilini hazırlayıb. Bəs MKİ psixoloqları Putini necə dəyərləndirir?
MKİ daxilindəki mərkəzin keçmiş rəhbəri professor Jerrold Post deyib ki, idarə bunu açıqlamaz. Prezident Putin özünü bütün rusca danışan xalqların çarı kimi görür. Ancaq özü üçün vacib olan Putinin özüdür, rusiyalılar yox."
O, Putinin sərt üzünü məktəbli olarkən ələ salınması ilə izah edib: «O, idmana gedib ki, digər oğlanlardan qoruna bilsin. İndi onun rəhbərliyində də eyni davranışı görürük. Ələ salınan məktəbli oğlanın cüdo vərdişlərini indi nüvə başlıqları əvəzləyir."
Xatırladaq ki, Asperger sindromu psixi pozğunluq olub, bəzən onu Autizmin bir forması da hesab edirlər.Bu sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf etmiş olur. Onların emosional və sosial inkişafı ləngidiyindən onların inteqrasiyası da gecikmiş olur. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33