Bakı. 2 aprel. REPORT.AZ/ Binəqədi rayonunda arvadını bıçaqlayan şəxs saxlanılıb. "Report"un məlumatına görə əməliyyat zamanı 26 yaşlı Lənkəran rayon sakini Babayev Elçin Elxan oğlu tutularaq istintaqa təqdim olunub. O, həyat yoldaşı Bayramova Gülər Vəliəhd qızını bıçaqlamaqda şübhəli bilinir. Hadisə ilə bağlı E.Babayev barəsində cinayət işi başlanılıb. Saxlanılan şəxs həyat yoldaşını qısqanclıq səbəbindən bıçaqladığını bilidirib.
Qeyd edək ki, bıçaqlanan G.Bayramova və saxlanılan E.Babayevin birgə nikahından üç azyaşlı uşaqları var. Hadisə də məhz uşaqların gözü önündə baş verib.