Rövnəq Abdullayev “Şöhrət” ordeni ilə təltif edilib. Lent.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında neft sənayesinin inkişafındakı xidmətlərinə görə bu ordenlə mükafatlandırılıb.
Qeyd edək ki, Rövnəq İbrahim oğlu Abdullayev Dövlət Neft Şirkətinin (SOCAR) prezidentidir.