Gəncə, 2 aprel, AZƏRTAC
Gəncə Dövlət Universitetindəki tələbə gənclər təşkilatının təşəbbüsü ilə həyata keçirilən “Mən bacarıram” layihəsi çərçivəsində ali məktəbin bədii özfəaliyyət kollektivlərinin çıxışları olub.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl universitetin tərbiyə işləri üzrə prorektoru Asif Cavadov çıxış edərək istedadlı gənclərin üzə çıxarılmasında tələbə gənclər təşkilatının həyata keçirdiyi “Mən bacarıram” layihəsinin əhəmiyyətindən danışıb.
Sonra tələbələr maraqlı rəqs nömrələri və səhnəciklər nümayiş etdiriblər.