Fransa ali məktəblərinin nümayəndələri Azərbaycan Texniki Universitetində
Bakı, 2 aprel, AZƏRTAC
Fransa ali məktəblərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycan Texniki Universitetində olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə AzTU-nun rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi ali məktəbin yaranma tarixindən, burada müasir dövrün tələblərinə uyğun, yüksəkixtisaslı mühəndis kadrların hazırlanması sahəsində görülmüş işlərdən, ölkə ali təhsilinin Avropa təhsil sisteminə uğurlu inteqrasiyasından danışıb.
Rektor Fransanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirməyin vacibliyini vurğulayaraq birgə proqramların həyata keçirilməsinin, dünyanın qabaqcıl universitetlərinin iş təcrübəsindən faydalanmağın xüsusi əhəmiyyətini qeyd edib.
Görüşdə, həmçinin AzTU-da maddi-texniki tədris bazasının möhkəmləndirilməsi, elektron idarəetmə sisteminin tətbiqi ilə bağlı potensialdan tam istifadə ilə əlaqədar görülən işlərdən və qarşıda duran vəzifələrdən danışılıb, tədrisin keyfiyyətini yüksəltmək üçün Avropanın ali məktəbləri ilə əməkdaşlıq etməyin prioritet vəzifə olduğu diqqətə çatdırılıb.
Bildirilib ki, elektroenergetika və istehsal proseslərinin avtomatlaşdırlması sahələri üçün mühəndislərin hazırlanması ilə bağlı inkişaf etmiş xarici ölkələrin, o cümlədən Fransa ali məktəblərinin təcrübəsindən faydalanmaq xüsusi əhəmiyyət daşıyır. Universitetlər arasında tələbə və müəllim mübadiləsi bu istiqamətdə görüləcək işlərə təkan verə bilər.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye səmimi qəbul üçün təşəkkürünü bildirib, ölkəsindən gəlmiş ali məktəb nümayəndələrini təqdim edib. Diplomat qeyd edib ki, ölkələrimiz arasında digər sahələrdə olduğu kimi ali məktəblərin əməkdaşlığı ilə bağlı geniş imkanlar var.
Nümayəndə heyətinin rəhbəri, Fransanın Strasburq Universitetinin rektoru A.Beretz, Ruen Universitetinin rektoru Cafer Özkul və başqaları təmsil etdikləri təhsil ocaqlarının fəaliyyəti barədə məlumat verib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sonra qonaqlar AzTU-nun bəzi laboratoriya və auditoriyaları ilə tanış olublar.
Görüşdə Fransanın dörd universiteti ilə əməkdaşlıq barədə memorandum imzalanıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25