Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf öz musiqilərindən danışıb.

ANS PRESS-in məlumatına görə, musiqiçi əsərlərində Azərbaycan musiqisi ilə yanaşı türk musiqisi və təsəvvüf (mevlevi) musiqisinin təsirinin olduğunu deyib. Sami Yusuf ən böyük təsiri isə İslam ənənələrindəki hikmət və idrakla əlaqələndirib.

Sami Yusuf bunları Norveçdəki konsertindən sonra türkiyəli jurnalistə müsahibə verərkən deyib. O, konsertdə çox gözəl bir atmosferin yaşandığını dilə gətirib. Event Konsert salonunda baş tutan konsertdə Norveç vətəndaşları ilə yanaşı Türkiyə və Azərbaycan vətəndaşları da qatılıb. Konsertdə musiqiçi ud və zərb alətlərində də ifa edib.

Mənbə
ANS PRESS