[ 02 Aprel 2015 17:07 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakının Zığ dairəsi - Hava Limanı avtomobil yolunda sürət həddi əvvəlki vəziyyətə - 80 km/saata qaytarılıb.

Bunu “APA-Economics”ə açıqlamasında Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.

 

P. Mürsəliyevin sözlərinə görə, Böyükşor - Hava limanı - Bilgəh yolunda isə yol hələ də yaş olduğundan orada sürət həddində dəyişiklik edilməyib.

 
Qeyd edək ki, bundan öncə hava şəraiti nəzərə alınaraq, Böyükşor - Hava limanı - Bilgəh, Zığ dairəsi - Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Belə ki, yollar üzrə müvafiq olaraq, 120 km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib.