“Report” SOCAR-a istinadən xəbər verir ki, ictimai dinləmə mayın 5-də “Azərikimya” İB-nin inzibati binasının iclas zalında keçiriləcək. Hazırlanmış ƏMTQ sənədi ilə tanış olmaq istəyənlər Ekologiya İdarəsinə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna, SOCAR-ın Karbamid Zavodunun müvəqqəti ofisinə və Sumqayıt şəhəri Mərkəzi Kitabxanasına müraciət edə bilərlər.
Dinləmələr zamanı Ekologiya İdarəsinin və Azot gübrəsi - karbamid istehsalı Zavodunun mütəxəssisləri tərəfindən layihə haqqında ətraflı məlumat veriləcək, iştirakçıların sualları cavablandırılacaq və təklifləri dinləniləcək.