Şagirdlərin sağlamlığını təhlükə altında qoyan 8 məktəb bufetinin fəaliyyəti dayandırılıb.

ANS TV-nin məlumatına görə, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi(RGEM) bəzi məktbələrdə yoxlamalar aparıb. Bir neçə məktəb bufetində şagirdlərin qidalanmasının təşkilində nöqsanlar aşkarlanıb. Nəticədə şagirdlərin sağlamlığını təhlükə altında qoyan 8 məktəb bufetinin fəaliyyəti dayandırılıb, 11 bufet işçisi cərimələnib.

RGEM-in qidalanma şöbəsinin müdiri İmran Abdullayev bildirdi ki, bu cür yoxlanışlar Sabunçu, Binəqədi və Nəsimi rayonlarında aparılıb. Yoxlamalar zamanı Nərimanov və Yasamal rayonundakı məktəbin bufetində qida məhsullarının laboratoriya nəticələri qeyr-normal çıxıb. Buna görə də bu bufetləri qida ilə təmin edən firmalar cəzalandırılıb.

Mənbə
ANS TV