“ASAN xidmət” Brüsseldə
”ASAN xidmət”dən ANS PRESS-ə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti 1 aprel 2015-ci il tarixində “Uğurlu elektron hökumət proqramlarının inkişaf etdirilməsində institusional şərtlər” mövzusunda keçirilmiş konfransda iştirak edib.
Elektron hökumət, açıq məlumat bazalarının yaradılması, ”ASAN xidmət” təcrübəsinin üstünlükləri və Avropada tətbiqinin əhəmiyyəti tədbirin əsas müzakirə mövzuları olub.
Konfransda Belçika İnformasiya Mərkəzinin baş direktorunun müavini Robert Herzel açılış nitqində vətəndaşlara xidmət və elektron hökümət sahəsində dövlət strukturlarının fəaliyyətindən, Belçika təcrübəsindən və daha innovativ üsulların tətbiqinin vacibliyindən danışıb.
Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri Fuad İsgəndərov isə Azərbaycanda elektron hökumət sahəsində görülən tədbirlərdən və “ASAN xidmət” modelindən, habelə Dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın uğurlu təcrübəsindən, Azərbaycan-Belçika və Azərbaycan-Avropa Ittifaqı arasında əməkdaşlığın rolundan danışıb.
Tədbirdə “Vision” təşkilatı tərəfindən hazırlanmış “Vətəndaşlarla dövlət arasında əlaqələrin təkmilləşdirilməsində ağıllı texnologiyalardan və yaradıcılıqdan istifadə: Azərbaycan modeli” adlı hesabatın təqdimatı da keçirilib.
Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Azad Cəfərli “ASAN xidmət” mərkəzlərinin yaradılması, əhaliyə tez, rahat və keyfiyyətli xidmətlər göstərilməsinə yönəlmiş fəaliyyətin əsas istiqamətləri barədə məlumat verib. Daha sonra "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru Kamran Aqasi Mərkəzlərin iş prinsipindən, keyfiyyət standartları və əməkdaşların seçim qaydalarından danışıb. Bildirib ki, qurumun ən önəmli hədəflərindən biri şəffaflığı təmin etmək və vətəndaş məmnunluğunu artırmaqdır. Həmçinin qeyd edilib ki, son iki ildə mərkəzlər tərəfindən 4 milyondan artıq müraciət qeydə alınıb.
Tədbirin sonunda müvafiq mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Gələcəkdə Azərbaycan, İtaliya, Belçika arasında qabaqcıl təcrübənin tətbiqi, digər ölkələrə çatdırılması istiqamətində əməkdaşlıq və işgüzar əlaqələri davam etdirmək ümümi fikir kimi dəstəklənib.
Tədbirdə həmçinin Brüssel İnformasiya Mərkəzinin nümayəndəsi Fransua Du Mortyer, Avropa Siyasəti Mərkəzi təşkilatının nümayəndələri, Federal İnformasiya-kommunikasiya qurumunun rəsmiləri, ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri, Brüssel ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, 30 mart 2015-ci il tarixində oxşar mövzuda Romada “ASAN xidmət” modelinin təqdimatı keçirilib. Tədbirdə bu modelin dünyanın bir çox ölkələrində nümunə kimi istifadə olunduğu vurğulanıb. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33