Uşaq yazıçısı: "Bu gün Azərbaycanda uşaq dramaturgiyası olduqca acınacaqlı vəziyyətdədir"
Onun sözlərinə görə, bəzən çapa layiq olmayan əsərlər qalın kitab formasında nəşr olunur: "Məhz bu cür ədəbiyyatlar uşaqların ədəbi zövqünü korlayır. Hətta bu cür hallar valideynləri də ədəbiyyatdan uzaqlaşdırır. Bu səbəbdən də ədəbi tənqidi mütləq inkişaf etdirmək lazımdır".
Şeir yaradıcılığında yaşlı nəslə mənsub olan yazıçıların daha fəal olduğunu deyən Z.Xəlil bildirib ki, onlar ədəbiyyatın ənənələrini yaxşı bildiklərindən, yazdıqları əsərlər bu gün üçün məqbul sayılır: "Lakin yazıçının yazdığı əsəri oxucuya çatdırmaq və satışını təşkil etmək lazımdır. Cəmiyyətin bir işi də məhz budur. Bu gün Azərbaycanda kitab yayımı çox zəifdir. Hətta deyərdim ki, ölkəmiz kitab mağazalarının sayı az olan dövlətlər siyahısındadır. Bütün bu kimi halları aradan qaldırmaq üçün özəl təşkilatlar kitabları yaymaq üçün müəlliflərə köməklik etməlidir. Təbii ki, bunun sistemini öyrənmək lazımdır".
Yazıçı həmçinin qeyd edib ki, Təhsil Nazirliyinin xətti ilə bütün orta məktəblərdə uşaq yazıçıları ilə görüşlər keçirilir və müzakirələr aparılır: "Ümumilikdə götürsək, uşaq ədəbiyyatının üstünlüyü dövlətdən asılı olmamağındadır. Çünki bu ədəbiyyat sırf uşaqlara, onların xarakterinə və təbiətinə uyğun yazılır".
Digər uşaq yazıçısı Sevinc Nuruqızı "Report"a bildirib ki, bu gün Fürudin bəy Köçərli adına Uşaq Kitabanasında "Beynəlxalq Uşaq Kitabı Günü" münasibəti ilə VII uşaq sərgisi fəaliyyətə başlayıb: "Sərgi bir həftə ərzində fəaliyyət göstərəcək. Uşaq kitabları azşaylıların inkişafında böyük rol oynadığından bu bayramı bütün cəmiyyətin bayramı adlandırmaq olar. Ümumilikdə uşağı inkişaf etdirən bütün sahələrə böyük diqqət ayrılmalıdır. Bu gün uşaq ədəbiyyatında ən çox nəsr və şeir inkişaf edib. Uşaq dramaturgiyası isə olduqca acınacaqlı vəziyyətdədir. Bu hal uşaq teatrlarının repertuarından da görünür. Bədii tərcümə məsələlərini isə günümüz üçün qənaətbəxş hesab etmək olar. Azərbaycanda uşaq yazarları çox azdır. Böyük uşaqlar üçün haradasa şeir tapmaq olur, amma ən problemli sahə balaca, azyaşlı uşaqlar üçün yazılan şeirlərdir. Bu sahədə demək olar ki, yazan yoxdur. Şeir uşaqlara dillərinin açılması üçün məhz ən kiçik yaşlarda lazımdır".
Qeyd edək ki, 2 aprel dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd edilir. Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Belə ki, məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Bu ideyanı alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildən etibarən belə bir gün təsis edilib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47