Təhsil Nazirliyi ictimaiyyətin diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqı artımı ilə bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq, əmək haqqı artımı cədvəlini faiz göztəriciləri ilə təqdim edib.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, hesablamalara əsasən,diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin 43,3 faizinin əmək haqqısı 30-40 faiz artıb.

Bununla yanaşı, müəllimlərdən 32,7 faizinin əmək haqqısı 20-30 faiz, 7,1 faizinin əmək haqqısı isə 15-20 faiz həcmində artıb.



Mənbə
ANS PRESS