Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlikləri arasında üçtərəfli əməkdaşlıq regionun inkişafına xidmət edir
Tbilisi, 2 aprel, AZƏRTAC
Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlikləri arasında üçtərəfli əməkdaşlıq regionun siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişafına xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Tbilisidə keçirilən üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında söyləyib.
Nazir bildirib ki, sayca ikinci olan bu görüşdə hər üç ölkənin Müdafiə nazirlikləri arasında təhsil, Silahlı Qüvvələrin hazırlığı, döyüş və müdafiə qabiliyyətinin artırılması, regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Görüşdə hər üç tərəf üçün əhəmiyyət kəsb edən məsələlərə toxunulub və mühüm qərarlar qəbul olunub. Eyni zamanda, Azərbaycan tərəfi regionda baş verən hadisələrə, xüsusən də Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkib.
Z.Həsənov deyib: “Bu gün Ermənistan regionda yeganə dövlətdir ki, Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı təcavüzkar siyasət həyata keçirir, ərazi iddiaları irəli sürür. Biz bu məsələni xüsusilə diqqətdə saxlamalıyıq”.
Azərbaycanın müdafiə naziri, görüşün yüksək səviyyədə təşkilinə görə Gürcüstan tərəfinə minnətdarlığını bildirib.
Gürcüstanın müdafiə naziri Mindia Canelidze üçtərəfli görüşün səmərəli keçdiyini vurğulayıb. O deyib ki, bu əməkdaşlıq hər hansı bir tərəfə qarşı yönəlməyib. Biz sadəcə olaraq, öz aramızda əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək niyyətindəyik. Düşünürük ki, bu cür görüşlər hər üç ölkənin ümumi inkişafına töhfə verəcək.
Türkiyənin müdafiə naziri İsmət Yılmaz isə bildirib ki, belə görüşlər ölkələrimiz arasındakı dostluq əlaqələrini daha da möhkəmləndirir, əməkdaşlığımızın digər sahələrdə inkişafı üçün yeni imkanlar açır.
İ.Yılmaz növbəti - üçüncü görüşün bu ilin sonunda Türkiyədə keçiriləcəyini bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33