Hakimlər üçün məhkəmələrdə müasir İKT-nin tətbiqi məsələlərinə dair təlim keçirilib
Ədliyyə Nazirliyindən verilən məlumata görə, tədbirdə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr geniş müzakirə edilib. Sərəncamın bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoyduğu, hazırda məhkəmələrdə elektron sənəd dövriyyəsi və idarəetmə, “SMS bildiriş” proqramlarının sınaq rejimində tətbiq olunduğu bildirilib. Həmçinin texnoloji idarəetmə proqramları nümayiş etdirilib, bu proqramların tətbiqinin hakimlərin işini xeyli yüngülləşdirəcəyi, vətəndaşlara əlverişli imkan yaradaraq onların məhkəmə proseslərinin bütün mərhələləri barədə müfəssəl elektron məlumatlandırılmasını təmin edəcəyi vurğulanıb.
Tədbir zamanı korrupsiyaya qarşı mübarizədə səmərəli mexanizm kimi Azərbaycan brendinə çevrilmiş “ASAN xidmət”in iş üsulunun öyrənilməsi və müasir İKT-nin tətbiqində təcrübə mübadiləsinin təşkili məqsədilə xidmətin əməkdaşları ilə görüş keçirilib, “Müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi korrupsiyaya qarşı mübarizə vasitəsi kimi” mövzusu üzrə səmərəli müzakirələr aparılıb.
Həmçinin məhkəmə fəaliyyətində beynəlxalq təcrübənin əhəmiyyəti nəzərə alınaraq tədbir çərçivəsində ABŞ-dan olan təcrübəli ekspertlərin iştirakı ilə ədalət mühakiməsinin həyata keçirilməsinin müxtəlif mərhələləri üzrə təcrübə mübadiləsi keçirilib, səhnələşdirilmiş məhkəmə prosesi nümayiş etdirilib.
CAHANGİR
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28