Bakı, 2 aprel, AZƏRTAC
Türkiyə təhlükəsizlik qüvvələri dünən axşam İstanbulun “Okmeydanı”nda DHKP-C terror qruplaşmasına qarşı birgə əməliyyat keçiriblər. Əməliyyat zamanı çox sayda şübhəli şəxs saxlanılıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, polis idarəsinə edilən hücumun ardından İstanbulun terrora qarşı əməliyyat idarəsi və kəşfiyyat şöbə müdirliyi “Okmeydanı” ərazisində bir çox ünvanda axtarışlar aparıb. Əməliyyata xüsusi təyinatlı polis dəstələri də dəstək verib. Keçirilən əməliyyatlar zamanı aralarında qadınların da olduğu 10 nəfərdən çox şübhəli saxlanılaraq polis idarəsinə aparılıb.