Mərkəzi Bank ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirir.

AMB-dən ANS PRESS-ə verilən məlumata görə, bu sahədə kompetensiyaların yüksəldilməsi, eyni zamanda elektron ödəniş alətləri və xidmətlərindən istifadə vərdişlərinin formalaşdırılması məqsədi ilə ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti üçün “Nağdsız hesablaşmalar” mövzusunda seminarların keçirilməsi nəzərdə tutulur.

Belə tədbirlərin davamı olaraq 31 mart tarixində Azərbaycan Universitetində seminar təşkil edilib.

Təqdimat zamanı ödəniş sistemləri və onların iqtisadiyyatda rolu, Milli Ödəniş Sistemi infrastrukturu, Mərkəzi Bankın ödəniş sistemlərinin inkişafında rolu, nağdsız hesablaşmalar, pul köçürmələri, habelə nağdsız hesablaşmaların üstünlükləri haqqında iştirakçılara ətraflı məlumat verilib. Onları maraqlandıran suallar cavablandırılıb.



Mənbə
ANS PRESS