Bakıda “AITF-2015” 14-cü beynəlxalq “Turizm və səyahətlər” sərgisinin açılışı olub
Bakı, 2 aprel, Günel Əfəndiyeva, AZƏRTAC
Aprelin 2-də Bakı Ekspo Mərkəzində “AITF-2015” 14-cü beynəlxalq “Turizm və səyahətlər” sərgisinin rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, sərginin təşkilatçıları və digər rəsmi şəxslər iştirak ediblər.
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, artıq 14 ildir “AITF” sərgisi bütövlükdə turizm sənayesi üzrə beynəlxalq görüş platforması kimi regionda liderdir. Bu sərgi üç gün ərzində turizm bazarının əsas iştirakçılarını bir araya gətirəcək turizm xidmətlərinin geniş çeşidini nümayiş etdirir. Keçirildiyi illərdə “AITF” sərgisi regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirməklə yanaşı, dünyanın müxtəlif guşələrinin koloritini təqdim edən aparıcı beynəlxalq sərgi statusunu daha da möhkəmləndirib.
Qeyd olunub ki, “AITF” sərgisi ilk gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir. Sərgi həmçinin Ümumdünya Turizm Təşkilatı (ÜTT), Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (BTSA) tərəfindən də dəstəklənir. “AITF” sərgisi ilə paralel təşkil olunan 2-ci Xəzər Beynəlxalq Kater və Yaxtalar (“CIBS 2015”) sərgisinə rəsmi dəstək isə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilir.
Dünyanın 42 ölkəsindən 371 şirkət “AITF 2015” sərgisi çərçivəsində 80-dək turizm istiqamətini təqdim edir. Sərgidə Türkiyə, Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Malayziya, Mərakeş, Sloveniya, Tailand və digər ölkələrdən ümumilikdə 17 milli qrup iştirak edir.
“Turizm və səyahətlər” sərgisi müxtəlif turizm imkanları ilə bol olan məkana çevrilməklə qapılarını aprelin 2-3-də yalnız turizm peşəkarlarının, aprelin 4-də isə bütün səyahət həvəskarlarının üzünə açacaq. Eyni zamanda, sərgi Azərbaycanın zəngin turizm potensialını xarici iştirakçılara əyani şəkildə göstərəcəkdir ki, bu da Azərbaycanın turizm təmayülü kimi məşhurlaşmasına xidmət edəcəkdir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05