Ukrayna əsilli Hollivud ulduzu Milla Yovoviç həyat yoldaşı Pol Andersondan ikinci qız övladını dünyaya gətirib. Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, qızn adını Daşiel İden qoyublar.

"Biz ikinci övladımızın dünyaya gəlməsini qürurla bəyan edirik. Miss Daşiel İden Yovoviç-Anderson! Onun çəkisi 3.5 kq, boyu 50 santimetrdir. Biz səni sevirik, Daş!", - aktrisa özünün İnstagram profilində yazıb və yeni doğulan körpənin fotosunu paylaşıb.

Milli.Az