Muxtar respublikada ilin ilk əmək yarmarkası aprelin 7-də keçiriləcək
Naxçıvan, 2 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında 2015-ci ilin ilk əmək yarmarkası aprelin 7-də Sədərək rayonunun Heydərabad qəsəbəsində keçiriləcək. Hazırda rayon üzrə idarə və müəssisələrdən vakant yerlər barədə məlumatların toplanması və əmək yarmarkasında işaxtaranlara təqdim olunması üçün yekun işlər görülür.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 8-də Kəngərli, 9-da Şahbuz, 10-da isə Culfa rayonlarının işaxtaran vətəndaşları əmək yarmarkalarından yararlana biləcəklər. Bu qəbildən yarmarkalar aprelin 14-də Ordubad, 15-də Babək, 16-da isə Şərur rayonlarında keçiriləcək. Aprel ayında sonuncu əmək yarmaykasının aprelin 17-də Naxçıvan şəhərində təşkili nəzərdə tutulub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə əlverişli şərait yaradıb. 2014-cü ildə 2727 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyata alınan iş yerlərinə, sosial müdafiəyə ehtiyacı olan 125 nəfər kvota yerlərinə göndərilib, 327 nəfər sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə cəlb edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33