Rəqqasə Fatimə Fətəliyeva teleaparıcı Mətanət Əliverdiyeva ilə münasibətlərindən danışıb
Milli.Az xəbər verir ki, qafqazinfo-a açıqlamasında rəqqasə Əliverdiyeva ilə küsülü olduğunu və barışmayacağını bildirib:

"Mən rol oynamıram, bu xasiyyətimi də tərgidə bilmirəm, məni heç kim qınamasın. Ürəyimin kövrək olmasından istifadə etmək lazım deyil. Verilişdə öz xanımlığımı və mədəniyyətimi göstərib cavab vermədim. Sonra eşitdim ki, başqa verilişdə Mətanət deyib ki, Fatimə  5 yaşlı uşaq kimi rəqs edib. 16 ildir ki, səhnədəyəm və peşəkar rəqqasəyəm, artıq tələbələrim var. Artıq efirdə hər kəs öz “kruq”unu yaradıb, kimi bəyənmirlərsə, onu vurur.

Xanım olaraq hər şeyi  əldə etmişəm. O verilişdən sonra məni sevənlər də çoxaldı. İnsanların daxili çirklənib. Artıq barışıq olmayacaq. Kimsə məni zərər vurursa, ona pislik etməyəcəm, sadəcə o adamı görməzlikdən gələcəm. Mətanətlə verilişdə barışdıq. Amma başqa buraxılışda arxamca danışmağı məni incitdi. Artıq qəlbim qırılıb".

Qeyd edək ki, rəqqasə  Mətanət Əliverdiyeva verilişində onun rəqsini bəyənmədiyini bildirmişdi. Ona görə də Fətəliyeva göz yaşı tökmüşdü. 

Milli.Az