"Gecələr rahat yatmağı unutmuşuq. Bir neçə dəfə durur, onun altını dəyişir, yedizdirir, ağlayanda sakitləşdirir, qucağımıza alıb oxşayır, layla deyirik. Sonbeşik bizi incitsə də, əsla narazı deyilik. Tanrıma minnətdaram".
76 yaşlı Donald Trelfordun sonbeşiyi Poppi 10 aylıqdır. Poppinin qardaşı Ben isə 3 yaşındadır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ingilis iş adamı, hazırda İspaniyanın Mayorka adasında yaşayan D.Trelford Britaniyanın məşhur jurnalistlərindən biridir. O, uzun illər baş redaktor kimi çalışıb.
D.Trelfordun sözlərinə görə, xanımı Klerin 55 yaşı var.
"76 yaşım olsa da, "gənc ata" sayılıram. Nə deyə bilərəm?! Həyat gözəldir. Qoca olsam da, ruhdan düşmək, süstlüyə qapılmaq, apatik insan olmaq niyyətində deyiləm. Aktiv həyat tərzinə üstünlük verirəm və belə yaşayıram. Ömrümün qürub çağlarında da körpə uşaq atası olmağımda əcaib heç nə görmürəm.
3 yaşlı oğlum və 10 aylıq qızımın qayğısını çəkmək, onları böyütmək məni sevindirir. Doğrudur, gecələr rahat yata bilmirik, istirahətin nə olduğunu unutmuşuq. Amma bu, daha yaxşı həyatdır", - Donald Trelford söyləyib.

Milli.Az