Bərdədə rabitə xidmətinin səviyyəsi yüksəlir
Bərdə, 2 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Bərdə rayonunda rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Bərdə rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət proqramı çərçivəsində Həsənqaya kəndi ərazisində məcburi köçkünlər üçün yeni salınmış yaşayış məhəllədə 240 nömrə, Cəyirli, Güloğlular, Şorəlli və Divanlı kəndlərinin sakinlərinə xidmət üçün Cəyirli kəndində 480 nömrə tutumu olan yeni elektron Avtomat Telefon Stansiyaları (ATS) quraşdırılıb. Bərdə-Tərtər avtomobil yolunın kənarında 3,9 kilometr, Bərdə-Yevlax avtomobil yolunın kənarında 2,4 kilometr, Həsənqaya kəndində 560 metr yeni hava rabitə xətləri, Qaradırnaq kənd ATS-i istiqamətində 4,4 kilometr optik kabel çəkilib.
Zümürxan kəndində rabitə şəbəkəsi genişləndirərək 30 abonentə telefon xətti çəkilib, Lənbəran, Xanərəb və Muğanlı kənd ATS-ləri üzrə radio-rele RADMİN-2000 avadanlıqları quraşdırılıb. Ayrı-ayrı yerlərdə 26,6 kilometr istismarara yararsız P-274 naqili yenisi ilə əvəz edilib. Elektron ATS-lərdə 624 port tutumlu DSLAM avadanlıqları quraşdırılıb, 1599 abunəçi sürətli internetə qoşulub. Şəhər ərazisində 4 kilometr optik kabel çəkilib, 128 abonentə yeni texnologiya ilə internet xidməti təşkil edilib, Əliyanlı kəndində 256 nömrəlik şəbəkənin tikintisinə başlanıb.
Hazırda rayonda 4406 nəfər, o cümlədən Bərdə şəhərində 2860 nəfər, kəndlərdə 1546 nəfər genişzolaqlı internet şəbəkəsindən istifadə edir.
Rayonda rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi, yüksək sürətli internet portlarının sayının artırılması istiqamətində işlər davam etdirilir. Cari ildə rayonun 10 kəndində DSLAM avadanlıqlarının, Alaçadırlı kəndində yeni Elektron ATS-in qurulması nəzərdə tutulur.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25