“Bank Technique”in yeni əmanəti valyuta risklərini sığortalayır
Bakı, 2 aprel, AZƏRTAC
“Bank Technique” yeni məhsulu olan “Sığortalı+” depozitini təqdim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bankın sığortalı depozit növlərinə aid edilən bu yeni əmanət növü mümkün valyuta risklərinin qarşılanması ilə seçilir. Bank əmanətçilərə manat vəsaitlərini və faizlərini müddətin sonunda istər yerləşdirildiyi kimi manatda, istər isə ABŞ dollarında, yerləşdirmə gününün məzənnəsi ilə götürmək imkanını yaradır. Bu zaman bütün mümkün valyuta risklərini bank üzərinə götürür, müştəri isə bütün məzənnə dəyişikliklərindən sığortalanır və dollarla yatırılmış əmanətlə müqayisədə daha böyük gəlir əldə edir.
“Yeni məhsulumuz müştərilərimizin razılığına və arxayınlığına yönəlib. Hər bir əmanətçi müddətin sonunda vəsaitlərini və gəlirini manat və ya yerləşdirdiyi günün məzənnəsi ilə ABŞ dollarında götürə biləcək”, - deyə bankın baş direktoru Kamran Axundov vurğulayıb.
Qeyd edək ki, “Sığortalı+” depoziti Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Əmanət müddəti 1 il olmaqla, minimal məbləğ 5 min manat, illik faiz dərəcəsi 8 faiz təşkil edir. Üçüncü şəxsin xeyrinə də açıla biləcək depozit üzrə vəsaitlərini yerləşdirən müştərilərə “Bank Technique”in plastik kartı və səyahət sığortası paketi hədiyyə olunur.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18