Bir zamanlar Amerikanın ən böyük neft istehsalçılarından olan Paul Gettinin nəvəsi Andyu Getti evində ölü tapılıb.

ANS PRESS-in məlumatına görə, 47 yaşlı nəvə Getti Los Ancelesdəki "Hollywood"dakı malikanəsində vəfat edib. Onun ölümündən əvvəl qız tanışı ilə telefonda danışdığı təsbit edilib. Gettinin ölüm səbəbi bilinmir. Polis evdə yaşanan bir qəza və ya bir daxili xəstəlikdən Gettinin ölməsini ehtimal edir.

Hadisə yerinə gələn polis onun çılpaq cəsəsdini 3.8 milyon dollar dəyərində olan malikanəsinin duşunda yerə uzanmış bir halda tapıblar. Onun qız tanışı şübhəli olaraq saxlanılıb.

"Getty Oil" şirkətinin qurucusu olan Paul Getti 1957-ci ildə Forbes tərəfindən ABŞ-ın ən zəngin adamı seçilmişdi. 1976-ci ildə vəfat edən Getti öldükdən sonra kolleksiyasında olan sənət əsərləri öz adını daşıyan bir muzeydə nümayiş etdirilib. Həmin əsərlərin dəyərinin 661 milyon dollar olduğu bildirilir.

Andrye Gettinin tanışları onun bir neçə aydır özünü yaxşı hiss etmədiyini və ertəsi gün həkimə getməli olduqlarını bildiriblər.










Mənbə
ANS PRESS