Bakı. 1 aprel. REPORT.AZ/ Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə həmsərhəd Xatay vilayətində son bir gün ərzində keçirilən reydlər zamanı 9 Böyük Britaniya vətəndaşının tutulduğunu açıqlayıb. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu şəxslər terrorçu "İslam Dövləti" təşkilatına qoşulmaq məqsədi ilə Suriya ərazisinə qanunsuz olaraq keçməyə cəhd ediblər.
Hərbçilər Britaniya sakinərini polis əməkdaşlarına təhvil veriblər.
Qeyd edək ki, hazırda "İslam Dövləti"nin sıralarında 80 dövlətin vətəndaşı savaşır. İraq və Suriyada terrorçulara dəstək verən Böyük Britaniya vətəndaşlarının sayı isə 500 ötür.