Bakı. 1 aprel. REPORT.AZ/ İstanbul şəhərinin Polis idarəsinə hücum edən iki silahlı şəxs zərərsizləşdirilib. "Report"un CNN Türk telekanalına istinadən verdiyi xəbərə görə, Bakı saatı ilə 19.55-də Vətən prospektində yerləşən binanın girişindəki nəzarət məntəqəsinə yaxınlaşan silahlı şəxslər təhlükəsizlik əməkdaşlarına atəş açıblar. Atışma nəticəsində ən azı iki polis yaralanıb. Hücum edənlər cavab atəşi ilə öldürülüb.
Öldürülənlərin üzərində partlayıcı qurğu aşkarlanıb. Terrorçulardan birisinin qadın olduğu qeyd olunur.
Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib.