İnnovasiya lampaları Mançester Universitetində yaradılıb. 2004-cü ildə rus əsilli Andrey Qeym və Konstantin Novoselov qrafen maddəsini kəşf edib. 2010-cu ildə alimlər bu kəşfə görə Nobel mükafatına layiq görülüblər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Graphene Lighting şirkətinin istehsalçıları bildiriblər ki, qrafen maddəsinin xüsusi xüsusiyyətləri hesabına yeni lampalar adi lampalarla müqayisədə daha uzun müddət işləyəcək və 10 faiz daha az elektrik enerjisi sərf edəcək. Bu halda yeni lampaların dəyəri müasir lampalarla müqayisədə aşağı olacaq.
Milli.Az