Silahlı Qüvvələr Gününə həsr olunmuş mahnı müsabiqəsinə start verilib
Bakı, 1 aprel, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Gəncə Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsi ilə birgə Silahlı Qüvvələrin yaranma gününə həsr olunmuş “Vətən uğrunda!” adlı hərbi-vətənpərvərlik mahnıları müsabiqəsi keçirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə yaşı 18-dən 35-dək olan, yaxşı vokal qabiliyyətinə və hərbi vətənpərvərlik mövzusunda mahnıları ifa etmək bacarığına malik hərbi qulluqçular və mülki gənclər iştirak edə bilərlər. Mahnı müsabiqəsi cəbhəboyu bölgələri - Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Bərdə Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, eləcə də Gəncə və Naftalan şəhərlərini əhatə edəcək.
Müsabiqədə Azərbaycanın digər rayon və şəhərlərində, o cümlədən xaricdə yaşayan gənclər iştirak edə bilərlər. Müsabiqədə şəxsən iştirak etmək vacib deyil. Bunun üçün müsabiqəyə təqdim ediləcək mahnının videoçarxını göndərmək kifayətdir.
Müsabiqədə iştirak etmək üçün müraciətləri Gəncə Qarnizonu Zabitlər Evinə (ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 56) və ya festival@gim.az elektron ünvanına göndərmək lazımdır.
Bütün müsabiqə iştirakçılarının çıxışları www.gim.az saytında yerləşdiriləcək. Hər bir şəxs bütün ifaları izləmək, o cümlədən bəyəndiyi ifaçıya elektron səs vermək imkanına malik olacaq. Birinci turun konsertləri hərbi hissələrin ərazilərində təşkil ediləcək. Mülki iştirakçılar üçün hərbi hissələrin ərazilərində gəzinti təşkil olunacaq və onlar şəxsi heyətin sosial-məişət şəraiti, xidməti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Seçim turu konsertinin sonunda iştirakçılar üçün əsgər yeməkxanasında nahar təşkil ediləcək.
Müsabiqədə iştirak edənlərin ifalarını əməkdar artist Azərinin rəhbərliyi ilə peşəkar münsiflər heyəti həyata keçirəcək.
İkinci turun konsertləri Gəncə, Şəmkir, Beyləqan və Bərdədə keçiriləcək.
Müsabiqədə iştirak etmək üçün aprelin 10-dək qeydiyyatdan keçmək vacibdir.
Silahlı Qüvvələr Gününə həsr edilmiş hərbi vətənpərvərlik mövzusunda keçirilən mahnı müsabiqəsinin əsasnaməsi və iştirakçı anketi Müdafiə Nazirliyinin saytında yerləşdirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47