Masallıda Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalının 22-ci ildönümü ilə bağlı tədbir keçirilib
Masallı, 1 aprel, AZƏRTAC
Aprelin 1-də Masallı şəhərindəki Gənclər Mərkəzində Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalının 22-ci ildönümü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon İcra hakimiyyətinin, gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov bildirib ki, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində erməni vandalları tərəfindən işğal olunmuş torpaqlarımız, o cümlədən Kəlbəcər rayonu tezliklə azad ediləcək.
Masallı Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyası və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Namiq Ağayev çıxışında qeyd edib ki, 1988-1993-cü illərdə ölkəyə rəhbərlik edən səriştəsiz insanların apardığı düzgün olmayan siyasət nəticəsində torpaqlarımızın bir hissəsi işğal olunub.
1988-ci ildən 1992-ci ilə qədər ağır mühasirə şəraitinə dözərək öz oğul və qızlarının hünəri ilə düşmənə layiqli cavab verən, erməniləri daim qorxu və vahimə içində saxlayan Kəlbəcər, son anda tamamilə tərksilah edildi.
O dövrdə ölkəyə rəhbərlik edənlər xalq qarşısında daha bir tarixi cinayətə imza ataraq 1993-cü il aprelin 2-də Kəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalına imkan yaratdılar.
Tədbirdə çıxış edənlər 1993-cü ildə Kəlbəcərin işğalı zamanı ermənilərin dinc sakinlərə qarşı törətdikləri qanlı cinayətlərdən, qadın və uşaqların girov götürülərək amansızcasına qətlə yetirilmələrindən danışıblar.
Qeyd olunub ki, Kəlbəcərin erməni silahlı qüvvələri tərəfindən zəbt edilməsi nəticəsində 128 kənd, 1 qəsəbə, 140 müəssisə, 90 məktəbəqədər uşaq müəssisəsi, 115 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 107 xəstəxana və tibb müəssisəsi, 214 mədəniyyət ocağı dağıdılaraq məhv edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25