Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycanın energetika naziri Natiq Əliyev Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi və qardaş ölkənin yeganə xammal istehsalçısı olan “Petkim” şirkətinin 50 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək məqsədilə İstanbula rəsmi səfərə gedib.
Bu barədə AZƏRTAC-a Energetika Nazirliyindən məlumat verilib.