Martın 31-i Azərbaycan bayrağı altında üzən "Teymur Əhmədov" teploxodu Volqa-Xəzər su kanalında saya oturub.


 

APA-Economics”in “PortnNews” agentliyinə istinadən verdiyi xəbərə görə, qəzaya səbəb qeyd olunan ərazinin dayazlığıdır.

 

Teploxodun göyərtəsində 3 tondan artıq buğda var.

 

Rusiya tərəfi qəza şəraitində olan gəminin köməyinə "Pyotr Bokanyov” adlı teploxod göndərib.