Bakı, 1 aprel, AZƏRTAC
“iOS” əməliyyat sistemi əsasında işləyən telefon istifadəçiləri üçün “E-pul” elektron ödəniş sistemindən yararlanmaq imkanı yaradılıb.
“ICTnews” elektron xəbər xidmətindən AZƏRTAC- verilən məlumata görə, artıq “iOS” əməliyyat sistemi ilə çalışan telefonlar üçün “E-pul” mobil tətbiqi istifadəyə verilib. İlin əvvəlində elektron ödəniş sisteminin “Android” versiyası istifadəyə verilib.
Qeyd edək ki, “E-pul.az” internet, telefon, kommunal xidmətlər, istifadəçi krediti və digər xidmətlərin onlayn rejimdə ödənişini təmin edir.