Adil Qeybulla: "Parlament seçkilərində Müsavat Partiyasının namizədi olmayacam"
Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini professor Adil Qeybulla deyib.
O, ADR-in ictimai hərəkat olduğunu xatırladıb: "Azərbaycan Demokratiya və Rifah Hərəkatı ictimai hərəkatdır. Bu hərəkat təkcə Müsavat Partiyasının üzvlərindən formalaşmayıb ki... ADR-də cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslər var. Partiya rəhbərliyində olan bəzi dostlarımız bu hərəkatı qılıncla qarşılayırlar, amma buna lüzum yoxdur. Nizamnamədə də göstərilib ki, partiya üzvünün ictimai hərəkatda təmsil olunması qadağan deyil. Bizim addımlarımızda Nizamnaməyə zidd nəsə yoxdur. Müsavat Partiyasının sonuncu qurultayının nəticələrindən narazı olanlar ADR-də təmsil olunur. Çalışdıq ki, konsensus əldə edək, amma alınmadı. Buna səbəb partiya rəhbərliyinin addımları oldu. Müsavat üzvləri ADR-də təmsil olunduqlarına görə partiyadan xaric edilsələr, bu, Nizamnamə pozuntusu hesab olunacaq".
A.Qeybulla bu ilin sonunda keçiriləcək parlament seçkilərində namizədliyin irəli sürülməsi ilə əlaqədar Müsavat Partiyası ilə ADR arasında münasibətlərin kəskinləşməsinə də toxunub: "ADR ictimai təşkilat olduğuna görə seçkidə iştirak edə bilməz. Partiya Məclisi ADR-də olan Müsavat üzvlərinin namizədliyinin irəli sürülməsini təsdiq etməsə, bu, ümumi işin ziyanına olacaq. Bunun üçün qərar verməzdən əvvəl addımlarını ölçüb-biçməlidirlər. Özümün seçkidə iştirakla bağlı konkret qərarım yoxdur, amma siyasi situasiyanı dəyərləndirəcəm və qərar qəbul edəcəm. Qeyd edim ki, qəti şəkildə Müsavat Partiyasının namizədi olmayacam. Bu, birmənalıdır. Bunun səbəbi partiyanın qarşımıza qoyduğu şərtlərdir və mən də təbii ki, bu şərtləri qəbul etmirəm".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33