Xalqların və mədəniyyətlərin yaxınlaşmasında media qurumlarının üzərinə böyük vəzifə düşür
Bakı, 1 aprel, AZƏRTAC
Xalqların və mədəniyyətlərin yaxınlaşmasında media qurumlarının üzərinə böyük vəzifə düşür.
Bu fikri AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Argentinanın ölkəmizdəki səfirinin müavini Qabriel Alexandro Forquera və “AİTF Baku 2015” turizm sərgisində iştirak etmək üçün Azərbaycana gələn “Branding Latin America Group” şirkətinin rəhbəri Rodolfo Milesi ilə görüşdə səsləndirib.
Azərbaycan və Argentina arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini bildirən baş direktor AZƏRTAC ilə Argentinanın TELAM xəbər agentliyini sıx tərəfdaşlıq münasibətləri bağladığını qeyd edərək deyib: Hər iki media qurumu beynəlxalq informasiya təşkilatlarında bir-birini dəstəkləyir, Azərbaycanda təşkil edilən tədbirlərin mütəmadi iştirakçısı olan TELAM agentliyi Dünya Xəbər agentlikləri Konqresi Şurası tərkibində də AZƏRTAC-la konstruktiv əməkdaşlıq edir.
Görüşdə, həmçinin AZƏRTAC-ın Azərbaycan və Argentina arasında turizm əlaqələrinin inkişaf etdirilməsinə töhvə verməyə hazır olduğu vurğulanıb.
Qabriel Alexandro Forquera hər iki ölkənin aparıcı xəbər agentlikləri arasında sıx tərəfdaşlığın mədəni əlaqələrin inkişafına da müsbət təsir göstərdiyini, gənc müstəqil Azərbaycanın aparıcı xəbər agentliyi olan AZƏRTAC-ın beynəlxalq informasiya məkanında böyük uğurlara imza atmasının təqdirəlayiq olduğunu deyib.
AİTF 2015 Beynəlxalq Turizm Sərgisində Argentinanın ikinci dəfə iştirak etdiyini deyən Rodolfo Milesi bildirib ki, iki ölkənin turizm əlaqələrinin inkişaf etdirilməsi, eyni zamanda mədəni və iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verəcək. Onun sözlərinə görə, 2013-cü illə müqayisədə 2014-cü ildə Argentinaya səfərlər üçün Azərbaycana verilən vizaların sayı iki dəfə artıb. “Argentina bu sərgidə iştirak edən ilk Latın Amerikası ölkəsidir. Burada ölkəmizin musiqisi, mətbəxi və turizm potensialı təqdim olunacaq”, - deyə şirkət rəhbəri vurğulayıb.
Görüşdə ölkələrin mədəniyyətlərinin təbliğində beynəlxalq informasiya platformalarının roluna dair fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28