Müğənni Samira Allahverdi həmkarı Röya Ayxanın ona etdiyi 1 aprel zarafatından danışıb.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan sənətçi Röyanın onu ağlatdığını bildirb:

“Bir dəfə martın 31-də Röya zəng edib ki, səhər 9-da efirdə olmalıyıq, canlı yayımdır, “Dəli küləyim” mahnısını oxumalıyıq. Üç gündür çəkilişlərdəyəm, yorulmuşam, düşünürdüm ki, aprelin 1-də yatacam, dincələcəm. Dəqiq soruşdum ki, yorğunam, 1 aprel zarafatıdırsa, etmə. Çox ciddi danışdı, inandım. Hətta dedi ki, səhər saat 8-də gəl bizə hazırlaşaq, birlikdə gedək. Səhər 7-də oyanıb, gedirəm Röyagilə. Yolda zəng vururam, cavab vermir. Köməkçisini yığdım, öyrəndim ki, Röya 9-da yox, başqa saatda efirdədir, özüdə tək olacaq. Bildim ki, zarafat edib. Anamgilin evi Röyanın qonşuluğundadır. Getdim onlara bir az yatım. Necə ağlayıram... Sakitləşmirdim, köməkçimə dedim ki, gedirik Röyanın qonaq olduğu verilişə. Getdim, o da xəbər tutub, tapşırıb ki, onu buraxmayın. Canlı yayıma çıxmağa qoymadılar. Qayıtdım Röyagilə, köməkçiyə deyib, evdə oturub gözlədim. Birdən qapı açıldı, Röya girib məni görəndə qışqırmağa başladı: bağışla. Bilmirəm ağlayım, yoxsa gülüm... Hirsimdən Röyanı necə döyürəmsə... Axırda məni sakitləşdirdi, oturub birlikdə səhər yeməyi yeyib, barışdıq. Hamıya tez inanıram. Ona görə də 1 apreldə məni aldatmaq asandır".