R.Kameron qeyd edib ki, açılış mərasimini izləyən bütün tamaşaçılar buna heyran olacaqlar. O bildirib ki, stadion Oyunlar başlayana qədər tam hazır vəziyyətdə olacaq. R.Kameronun sözlərinə görə, stadionda əsas işlər tam yekunlaşıb, hazırda landaşftın hazırlanması, təmizləmə işləri daxil olmaqla bir sıra işlər həyata keçirilir.
R.Kameron Bakı Olimpiya Stadionunun dünya stadionlarından fərqindən də danışıb. O qeyd edib ki, Bakı Olimpiya Stadionu dünya olimpiya stadionlarından bir sıra üstünlükləri ilə fərqlənir: "Stadionda oturacaqlar oyun sahəsinə yaxın məsafədə yerləşdirilib ki, bu da tamaşaçılara yarışları daha yaxından izləmək imkanı verir".
R.Kameron vurğulayıb ki, stadionda ən müasir texnologiyalardan istifadə edilib. Onun sözlərinə görə, stadionda müasir təhlükəsizlik, işıqlandırma, nəzarət, səs sistemləri quraşdırılıb.
Milli.Az