Bərdə, 1 aprel, AZƏRTAC
Aprelin 1-də Bərdə rayonunun Qasımbəyli kəndinə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər.
Bildirilib ki, Qasımbəyli kəndinin qazlaşdırılması üçün ümumi uzunluğu 13 kilometrdən çox müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 202 mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda rayonun 10 kəndində qaz çəkilişi davam edir. Yaxın günlərdə Dəymədağılı və Bala Qacar kəndlərinə də təbii qaz veriləcək.
Çıxış edən sakinlər kəndin “mavi yanacaq”la təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.