Bakının Nəsimi rayonunda 36 yaşlı kişi ofisdə özünü yandırıb. ANS PRESS-in məlumatına görə, Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsindən “Qafqazinfo”ya bildirilib ki, bir neçə avtomobil cərimə meydançasına aparılıb.

Buna etiraz edən avtomobil dayanacağında işləyən gözətçi Cəlilabad rayon sakini 1979-cu il təvəllüdlü Niyaməddin Fərəcov Füzuli 53-də yerləşən evakuator xidmətinin ofisinə gələrək avtomobillərin evakuatorla götürülməsinə irad bildirib.

Gözətçi üzərinə benzin töküb yandırıb.

N.Fərəcov 3-cü dərəcəli yanıq xəsarəti ilə 5 saylı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS