Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Banka (AMB) həyata keçirdiyi məzənnə siyasəti sahəsində üzən məzənnəyə tam keçid üçün hazırlıq işləri görür. "Report"un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət Komitəsinin iclasında iştirak edən AMB-nin sədri Elman Rüstəmov bəyan edib: "Biz artıq dinamik bir sistemə daxil olmuşuq. Bu gün manatın məzənnəsi idarə olunan üzən məzənnə adlandırılır. Manat bu gün xarici valyutalara nisbətdə öz dəyərini axtarır".
E.Rüstəmov qeyd edib ki, Azərbaycan hələ tam üzən məzənnə siyasətinə keçid üçün hazır deyil: "Bunun üçün valyuta qazanan və valyuta satan çox olmalıdır. Ölkədə isə hazırda 2-3 əsas valyuta satan şirkət var - Dövlət Neft Fondu, SOCAR və Mərkəzi Bank. Hazırda bizdə üzən məzənnəyə hazırlıq gedir. Əgər biz hazırda məzənnəni idarə etməsək, dollar daha 20-30% möhkəmlənə bilər ki, bu da iqtrtisadiyyatda əsəbilik yaradar. Ona görə də idarə olunan üzən məzənnə sitasəti yürüdürük".
AMB sədri əlavə edib ki, Azərbaycanda müşahidə olunan dollarlaşma prosesi davam edir. Fevralda həyata keçirilən milli valyutanın devalvasiyasindan sonra Mərkəzi Bank bazarda 1 mlrd. dollardan çox valyuta satışı həyata keçirib.